Sosial medianızı idarə etmək aydın məzmun strategiyası və yaradıcılıq tələb edir.

Sosial media gündəlik həyatımızın əsas və maraqlı hissəsinə çevrilib.Sosial Media kiçik və böyük bizneslər üçün potensial müştərilərlə ünsiyyət qurmağın başqa bir üsuludur. Saysız hesabsız bizneslərin sosial media şəbəkəsində olduğu görünsə də, hələ də işlərin rəqəmsal dünyaya daşımayan bir çox şirkət var.

Məzmunun yaradılması

Yazıların doğru olması üçün müştərinin göstərdiyi xidmətə əsasən araşdırma edir və daha uyğun mətnlər hazırlayırıq.

Təsdiqdən Sonra

Biz hazırlanan mətnlərin siyahısını hazırlayırıq. Beləliklə, siz rəy bildirə və sosial hesablarınızda paylaşılan mətnlərə tam nəzarət edə biləsiniz.

Optimal Zamanlama

Paylaşımların daha çox yayımlanması üçün optimal vaxtı müəyyən edirik.

Sosial media reklamı müştəri bazanızı artırmaq, məhsul və xidmətlərinizi tanıtmaq üçün ən effektiv yoldur.

Reklam üçün ayrılan vəsaiti doğru şəkildə xərcləyin

Sosial media reklamı qısa zamanda daha çox kütləyə çatmağı hədəfləyən bir reklam növüdür. Şirkətlər artıq demək olar ki, bütün büdcələrini sosial media marketinqinə məhsul və ya xidmətin tanıtımı üçün xərcləyirlər. Bununla da yeni müştərilər qazanaraq rəqiblərinizin önünə keçirsiniz.

Sosial media səhifənizdə paylaşılan postlar vizual olaraq cəlbedici deyilsə, insanlar çox güman ki, buna diqqət yetirməyəcəklər. Unutmayın ki, insanların paylaşıma diqqət etmə müddəti çox qısadır, ona görə də sosial media qrafikanız nə qədər diqqəti cəlb edirsə, bir o qədər yaxşıdır.

Sosial media paylaşımlarınızı auditoriyanızına uyğun fokuslanmasını təmin edəcək şəkildə tərtib etməlisiniz. Sosial medianı diqqət üçün rəqabət apardığınız bir bazar kimi düşünün. Əgər sizin yeni və ya unikal təklifiniz yoxdursa, o zaman brendiniz geridə qalacaq. Sosial media dizayn xidmətləri burada işə düşür.

Layihəniz haqqında daha çox məlumat əldə edirik

İlk addımımız sizin və layihəniz haqqında məlumatlanmağımız olacaqdır. Bu addımın bir hissəsinə biznesinizlə bağlı araşdırma aparmaq və sizdən fikirlər almaq daxildir ki, siz bizə brendiniz və qrafika ilə bağlı baxışınız haqqında ətraflı məlumat verə biləsiniz.

Müzakirə edirik

Yeni, yaradıcı dizayn ideyaları yaratmaq məqsədilə qrafik dizaynerlərimiz biznesinizə və vizyonunuza uyğun konsepsiyalar yaratmaq üçün bir komanda şəklində işləyəcəklər.

İlkin layihələr üzərində işləyirik

Müzakirə nəticəsində əldə etdiyimiz bir neçə ideyalar üzərində işləyirik.

Təsdiq

Daha sonra hazırlanan dizaynların ilkin versiyaları sizinlə paylaşılır, siz onlar haqqında fikirlərinizi bizə bildirirsiniz.