Qrafik Dizayn üzrə “Yay təcrübə proqramı” iştirakçımız

Qrafik Dizayn üzrə “Yay təcrübə proqramı” iştirakçımız


Qrafik Dizayn üzrə “Yay təcrübə proqramı” iştirakçımız 3 ay ərzində keçdiyi təcrübə haqqında hisslərini bizə danışdı.
 

1. Bizimlə keçirdiyin 3 ay sənə nə hisslər yaşatdı?

 - Üç ay su kimi axdı keçdi. İşlədiyimiz kollektivin enerjisi çox yüksəkdir. Mehriban kollektivlə işləmək şansı əldə etdiyim üçün xoşbəxtəm.

2. İlk gəldiyin gündən bu günə qədər inkişaf etdiyinin fərqinə varmısan?

 - Real layihələrdə işləmək insanın əl və düşüncə çevikliyinin artmasına kömək edir. Fərqli alternativlər təqdim etmək üçün araşdırma edərkən özüm də yeni şeylər öyrənirəm.

3. Təcrübəçi olmaqda nəyi bəyənib, nəyi bəyənmədin?

- Təcrübə müddətimin bəyənmədiyim bir yanı olmadı. Çox rahat keçdi və inkişafıma böyük köməyi oldu.

4. Bu vəzifədə həqiqətən uğur qazanmaq üçün birinin hansı xüsusiyyətlərə sahib olması lazımdır?

- Dizayn sahəsində uğur qazanmaq üçün dayanmadan öz üzərində işləmək, araşdırmalar etmək və yeniliklərdən geri qalmamaq lazımdır.

 5. Uzun müddətli hədəflərin nələrdir?

- Özümü daha da inkişaf etdirib, bu sahədəki mütəxəssislərdən biri olmaq istəyirəm.

6. İşci kimi qalacağını öyrənəndən sonra nə hisslər keçirdin və nələri hədəflədin?

- Kollektivi sevdiyim üçün işçi olaraq qalacağımı eşidəndə çox sevindim.

7. Yeni təcrübəçilərə nə demək istərdin?

- Daim öz üzərlərində işləsinlər və real lahiyələrdə böyük məsuliyyət götürməkdən qorxmasınlar. Nəzəri biliklərini praktikada fəal şəkildə tətbiq etsinlər.