Gecənin Ulduzu iPhone 14 və iPhone 14 Plus rəsmi olaraq təqdim edildi !
Bütün dünyanın səbirsizliklə gözlədiyi iPhone 14 təqdimatı ABŞ-da keçirilib. Texnologiya həvəskarlarının gün saydığı yeni Apple məhsullarının yeni xüsusiyyətləri və qiymətləri də açıqlanıb.
Hər ilin sentyabr ayında keçirilən iPhone təqdimatında iPhone 14 , AirPods Pro 2, Apple Watch Series 8 təqdim olundu .
Nəfəsləri tutan təqdimat Apple Watch 8 -in təqdimatı ilə başladı . "Nəqliyyat qəzalarını aşkarlaya bilən" funksiya "Watch 8"ə əlavə edilib. Canlı yayımı anında 2 milyondan çox insan izlədi. Yeni seriyada müxtəlif rəng və model variantları da istifadəçilərə təklif olunur. Həmçinin, saatda temperatur sensoru da var. Bu şəkildə istifadəçinin yüksək hərarəti varsa saat xəbərdarlıq edir. Bu xüsusiyyət koronavirus dövrünün əvvəllərində inkişaf etmişdir.
Yeni seriya ilə batareyanın ömrü də artır. Saatın bütün gün batareya ömrü olacaq. Saat aşağı güc rejimində istifadə edilərsə, o, 36 saat şarj etmədən açıq qalacaq. Apple Watch Series 8 sentyabrın 16-dan etibarən satışa çıxarılacaq.
Ən davamlı Saat modeli olan Watch Pro ekstremal şəraitə tab gətirəcək. İdmançılar üçün hazırlanmış yeni model bir çox əlavə funksiyaları özündə birləşdirir. Apple Watch Ultra 7 faiz daha böyük ekrana və titan korpusa malikdir. Apple Watch Pro-nun qiyməti 799 dollar olaraq müəyyən edilib.
Tədbirdə həmçinin 2-ci Nəsil AirPods Pro simsiz qulaqlıqları da təqdim edilib. Yenilənmiş şarj qutusuna sahib olan 2-ci Nəsil AirPods Pro modeli çox daha güclü səsə və uzun batareya ömrünə malikdir. 2-ci Nəsil AirPods Pro-nun qiyməti 249 dollar olaraq açıqlanıb. Qulaqlıq sentyabrın 9-da sifariş üçün hazır olacaq və sentyabrın 23-də satışa çıxarılacaq.
Tədbirin ulduzları olan iPhone 14 və iPhone 14 Plus modelləri dizayn baxımından iPhone 13 seriyası ilə tamamilə eynidir.
iPhone 14 və modelləri 5 fərqli rəng seçimində təqdim olunur. iPhone 14 kamera cəhətdən böyük təkmilləşdirmələrə malikdir. iPhone 13 Pro-nun bəzi xüsusiyyətləri bu cihaza köçürülüb, daha böyük sensor və daha sürətli lens istifadə olunub. iPhone 14 seriyası iPhone 13 Pro modellərini gücləndirən A15 Bionic prosessorundan istifadə edir. Bu şəkildə çox yüksək keyfiyyətli video və fotoşəkillərdə çox uğurlu nəticələr təqdim edir.Təkmil prosessoru və kamerası ilə iPhone 14 kamerası Fəaliyyət rejimi sayəsində çox sabit hərəkətli şəkillər çəkməyə imkan verir.
Nəhayət, iPhone 14 seriyası illərdir gözlənilən peyk rabitə texnologiyasına ev sahibliyi edir. Keçən il təqdim edilən iPhone 13 seriyasında da bu xüsusiyyət gündəmdə idi.
Hər kəsi maraqlandıran əsas məsələ isə İphone 14 qiymətləridir:
İPhone 14 qiyməti - 799 dolar
İPhone 14 Max qiyməti - 899 dolar
İPhone 14 Pro qiyməti - 1099 dolar
İPhone 14 Pro Max qiyməti - 1199 dolar
ABŞ-da iPhone 14 və iPhone 14 Plus qiymətləri 799 dollardan başlayır. Ölkəmizdə vergi ilə qat-qat baha qiymətə satılacağını əvvəlcədən söyləmək olar.