“Back-end developer” üzrə qış təcrübə proqramını müvəffəqiyyətlə bitirən Əsmər Xəlilli partnyor @avtohesab şirkətində “Junior Back-End Developer” olaraq işə qəbul olundu.
O, 3 ay ərzində keçdiyi təcrübə proqramı haqqında hisslərini bizə danışdı.
Əsas məqsədlərimdən biri qazandığım bilikləri yeni təcrübəçilərə öyrətməkdir.
Bizimlə keçirdiyin 3 ay sənə nə hisslər yaşatdı?
- Çox gözəl!
Vaxtın necə keçdiyindən xəbərim belə olmadı.
3 ay ərzində inkişafında nə kimi dəyişiklər gördün?
- Mən adətən əvvələr öz peşəmə bu qədər ciddi yanaşmırdım. Lakin indi işimə daha ciddi və məsuliyyətli şəkildə yanaşıram. Əsasən prosesə fikir vermədən kod yazırdım. Təcrübə müddəti ərzində strukturlu işləməyi öyrəndim. PHP ve JavaScript-də xeyli inkişaf etdiyimi düşünürəm.
Back-end developer sahəsi haqqında nələr deyə bilərsən?
- Back-end sahəsində doğru inkişaf edildiyi halda çox gözəl nəticələr əldə edilə bilər. Günümüzün ən aktual sahələrindən olduğunu düşünürəm.
Uzun müddətli hədəflərin nələrdir?
- Bu sahədə daha peşəkar şəkildə davam etmək və eyni zamanda yeni təcrübəçilərə qazandığım bilikləri öyrətmək.
Təcrübəçi olmaqdan ən çox nəyi bəyəndin/bəyənmədin?
- Sevdiyim tərəfi rahat suallar verə bilirdim. Ən əsası saat rejimi)
Bəyənmədiyim deməzdim lakin tələsirdim ki, daha sürətli öyrənim.
İşçi kimi qalacağını öyrəndikdən sonra nə hisslər keçirdin?
- Təəccüb hissi keçirdim. Çox sevindim və özümə söz verdim ki, daha məsuliyyətli olacam.
İşhesabı karyeranı qurmağ üçün nə ilham verdi?
- Ən önəmlisi iş ortamının pozitiv və səmimi olması məni işə həvəsləndirdi. İşini bilən insanlardan öyrənmək həqiqətən vacibdir.
Yeni təcrübəçilərə nə demək istərdin?
- Yeni təcrübəçilərə demək istərdim ki, burada təcrübəyə başladıqları ilk həftədən fərqi görəcəklər. Gərgin olmayan iş mühiti və öyrətməyə həvəsli insanlar qazanacaqlar.
Ishesabi şirkəti olaraq Əsmərə gələcək karyerasında uğurlar diləyir, bizimlə birlikdə daha gözəl işlər görməsini arzu edirik.